Finss.az xəbər verir ki, avqustda Çinin orta gündəlik neft idxalı sutkada 11,65 milyon barel təşkil edib.
Bu göstərici iyul ayı ilə müqayisədə 4,8%, ötən ilin avqust ayı ilə müqayisədə isə 0,8% çoxdur.
Mütləq ifadə ilə Çin avqustda 49,492 milyon ton neft idxal edib (24,93 milyard dollar dəyərində) iyulda 47,204 milyon ton və 2024-cü ilin avqustunda 49,103 milyon ton idi.